"Qalatasaray" bu yay yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın hədəfində "Real Madrid"in futbolçusu Eduardo Kamavinqa var.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Qalatasaray" fransalı futbolçunun transfer şərtləri barədə məlumat alıb. Hazırda klub tərəfindən irəli sürülmüş hər hansı rəsmi təklif yoxdur, sadəcə ilkin məlumat toplanılıb.
Kamavinqa 2021-ci ildən "Real Madrid"də çıxış edir. O, Madrid təmsilçisinin heyətində 223 oyuna keçirib və 6 qol vurub.


