Azərbaycanın qadın şahmatçıları Gürcüstanın Batumi şəhərində təşkil olunacaq fərdi Avropa çempionatında qüvvəsini sınayacaq.
Offsideplus.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, qitə miqyaslı yarışda ölkəmizi 12 zəka sahibi təmsil edəcək.
Siyahıda Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova yer alıblar.
Qeyd edək ki, mayın 24-də start götürəcək Avropa çempionatına iyunun 6-da yekun vurulacaq. İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq turnirin ümumi mükafat fondu isə 60 min avro təşkil edir.


