UFC prezidenti Dana Uayt nə üçün "ABŞ dünyaya qarşı" formatında bir turnir təşkil etmək istəmədiyinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Ağ Ev"də keçiriləcək döyüş gecəsi barədə danışan Uayt fərqli bir konsepsiya seçdiklərini bildirib:
"Hamı elə düşünürdü ki, mən "Ağ Ev"də "ABŞ bütün dünyaya qarşı" üslubunda bir turnir hazırlayacağam, lakin biz tam əksini etdik. Amerika immiqrantlar ölkəsidir. Buradakı hər kəs haradansa gəlib və turnirdə hər kəs təmsil olunacaq. Mən yarışın proqramına çinli döyüşçü daxil etmək üçün çox çalışdım, lakin təəssüf ki, bu, alınmadı".
Qeyd edək ki, "Ağ Ev" ərazisində baş tutacaq "UFC Freedom 250" turniri iyunun 14-də keçiriləcək.


