"İmişli" Tuncay Yusifli ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, T. Yusifli ötən ilin yayında "İmişli"yə keçib.


