"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və komandadan azad agent kimi ayrılacaq Bernardo Silva Avropanın nəhəng klublarını hərəkətə gətirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz yarımmüdafiəçini heyətinə qatmaq üçün rəsmi addım atan ilk klub İspaniya təmsilçisi olub.
"Atletiko Madrid"dən rəsmi təklif: İspaniya klubu Bernardo Silva ilə birbaşa danışıqlara başlayıb. Madrid təmsilçisi 31 yaşlı futbolçuya 2028-ci ilin yayına qədər müqavilə və bu sözləşməni daha bir il uzatmaq opsiyası təklif edib.
İtaliya nəhəngi də bu transfer yarışında iddialı mövqeyini qoruyur. Turin klubu Bernardo Silvanın transferini bitirməkdə qərarlıdır.
Transfer işlərini sürətləndirən "Yuventus" rəhbərliyi bu həftənin sonuna dək futbolçunun məşhur meneceri Xorxe Mendes ilə birbaşa və həlledici danışıqlar aparmağı planlaşdırır.


