İtaliya nəhəngi "Yuventus" klubu növbəti mövsüm üçün hücum xəttini gücləndirmək məqsədilə transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin radarına düşən sonuncu böyük ad "Liverpul"un misirli ulduzu Məhəmməd Salah olub.  

"Yuventus"un baş məşqçisi Luçiano Spalletti hücumun son mərhələsində komandaya təcrübə və yüksək keyfiyyət qazandırmaq üçün Salahı ən ideal namizədlərdən biri kimi görür.

​Turin klubu gələn mövsüm üçün komandanın strukturunu yenidən formalaşdırmağı hədəfləyir. Bu layihə çərçivəsində Salahın adı transfer siyahısında yenidən ön sıralara yüksəlib. Bununla yanaşı, "Yuventus" rəhbərliyi digər alternativ oyunçuları da yaxından izləyir.

"Liverpul"un hücumçusu Məhəmməd Salah daha əvvəl verdiyi açıqlamada cari mövsümün sonunda İngiltərə klubundan ayrılacağını rəsmən təsdiqləmişdi.

Onun azad agent statusu daşıyacaq olması "Yuventus"un bu transferdəki iştahasını daha da artırır.