Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatının ilk günündə yunan-Roma güləşi üzrə finalçılar bəlli olub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin iki üzvü finala yüksəlməyi bacarıb.
Hüseyn Əmrahlı (38 kq) Ermənistan, Bolqarıstan və Rusiya təmsilçilərini ardıcıl məğlub edərək finala adlayıb. O, qızıl medal uğrunda estoniyalı Daniel Samuellə qarşılaşacaq.
Digər finalçımız Paşa Aslan (44 kq) isə Belarus, Serbiya və Gürcüstan idmançılarını üstələyərək həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Ermənistan təmsilçisi Paşa Xudoyan olacaq.
Digər güləşçilərimizdən Pünhan Şahmarov (48 kq) bürünc medal, Raul Məmmədzadə (62 kq) isə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb. Sadiq Vəlizadə (57 kq) yarımfinalda, Raul Məmmədzadə 1/4 finalda, Rəsul Əhmədli (52 kq) 1/8 finalda uduzub.
Xudayar Kərimov (41 kq) isə 1/4 finalda zədələndiyi üçün yarışı erkən başa vurub.


