"Atletiko Madrid" klubunun idman rəhbərliyi bu yay argentinalı ulduz hücumçu Xulian Alvaresi satmağa yaşıl işıq yandırıb.

Offsideplus.az xəbər verir ki, "Arsenal", "Barselona" və PSJ kimi nəhənglərin yaxından maraqlandığı 26 yaşlı hücumçunun Madrid klubundakı gələcəyi getdikcə daha qeyri-müəyyən hal alır.

"Atletiko Madrid" rəhbərliyi Alvaresin satışından əldə olunacaq böyük məbləğlə komandada ciddi yenidənqurma işləri aparmağı planlaşdırır.

Futbolçunun müqaviləsində 500 milyon avroluq sərbəstqalma maddəsi olsa da, İspaniya təmsilçisinin gələcək nəhəng təklifləri dəyərləndirməyə tamamilə açıq olduğu bildirilir.