"Kəpəz"in gənc istedadı Raul İsaqov Misli Premyer Liqasının cari mövsümündə rekorda imza atıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hücumçu 2025/2026 mövsümündə meydana addım atan ən gənc futbolçu adını qazanıb. Gənc oyunçunun debütü XXXII tur çərçivəsində keçirilən "Araz-Naxçıvan"la səfər qarşılaşmasına təsadüf edib.
Raul İsaqov sözügedən matçın 81-ci dəqiqəsində meydana daxil olmaqla, Premyer Liqada ilk rəsmi oyununa 16 yaş 162 günlüyündə çıxıb.
Qeyd edək ki, onun debüt etdiyi qarşılaşmada "Kəpəz" Naxçıvan təmsilçisinə səfərdə 0:2 hesabı ilə məğlub olub.


