Yayılma riski böyük olaraq göstərilən "Ebola" virusu futbola ilk təsirini göstərib.
Offsideplus.az xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) milli komandası ölkədə baş qaldıran "Ebola" virusu epidemiyası ilə əlaqədar Dünya Çempionatına hazırlıq məqsədilə planlaşdırılan təlim-məşq toplanışını ləğv etmək məcburiyyətində qalıb.
Yaranmış ciddi vəziyyətlə bağlı ali futbol qurumu da hərəkətə keçib.
FIFA-dan verilən rəsmi məlumata görə, qurum regiondakı mövcud vəziyyəti və hadisələrin gedişatını yaxından izləyir.


