"ABŞ Açıq" Kubokunda 1/4 final çərçivəsində "Kolumbus Kru" klubu "Nyu York Siti" ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kru" oyunda 1-0 hesabla qalib gəldi və yarımfinala yüksəldi.

Oyunda yeganə qolu 59-cu dəqiqədə Maksimilian Arfsten vurdu. Qolun assistini isə Nəriman Axundzadə etdi.