Azərbaycan I Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off oyununun məkanı və tarixi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Şimal" - "Qaradağ Lökbatan" matçı mayın 27-də oynanılacaq.
Görüş Şamaxı şəhər stadionunda baş tutacaq.
Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.
Qeyd edək ki, "Şimal" cari mövsüm I Liqanı 9-cu, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.


