"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa La Liqanın 38-ci turunda "Atletik"ə (Bilbao) qarşı keçiriləcək oyundan sonra postunu tərk edəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, yanvarın ortalarında Xabi Alonsonu əvəzləyən Arbeloanın rəhbərliyi altında Madrid təmsilçisi mövsümü titulsuz başa vurur. Yaxın vaxtlarda komandanın sükanı arxasına karyerasında ikinci dəfə Joze Mourinyonun keçəcəyi gözlənilir.
Gənc mütəxəssis gedişi ilə bağlı bunları söyləyib:
"Bəli, mən gedirəm. Mən məcbur edildiyim üçün yox, inandığım şeyləri etdim. Gələndə komandanın hansı vəziyyətdə olduğunu və nələrlə qarşılaşacağımı bilirdim. Əgər hər şeyə sıfırdan başlasaydım, hər şey fərqli olardı. Amma mənə qismət olan bu idi və əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Çox şeyi bacardıq və əldə etdiyimiz nəticələrdən razıyam.
Ümid edirəm ki, yenidən görüşəcəyik. Mən "Real Madrid"i hər zaman öz evim hesab etmişəm".


