Avropa futbolunda növbəti böyük transfer müharibəsinin alovlanacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, İspaniyanın "Barselona" klubu "Mançester Siti" klubunun norveçli superulduzu Erlinq Holandı heyətinə qatmaq istəyən komandalar arasında ön sıraya keçib.  

​Bu transfer iddiasının yenidən gündəmə gəlməsinə səbəb isə İngiltərə təmsilçisində baş verən gözlənilməz ayrılıqdır. Baş məşqçi Pep Qvardiolanın cari mövsümün sonunda "Mançester Siti" klubundan ayrılacağını futbolçulara bildirməsi ulduz hücumçunun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb.

​Qvardiolanın gedişindən sonra layihənin gələcəyinə şübhə ilə yanaşan Holand üçün "Barselona" klubu ciddi şəkildə maraqlanır. Kataloniya təmsilçisi norveçli qol maşınını heyətinə cəlb etmək üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

​Hər nə qədər 25 yaşlı hücumçu bir müddət əvvəl "Mançester Siti" klubuna sadiqliyini ifadə etsə də, komandadakı köklü dəyişikliklərin onun bu qərarına təsir edə biləcəyi və yay transfer pəncərəsində "Barselona" klubunun transfer təklifi ilə hərəkətə keçəcəyi bildirilir.