"Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr İngiltərə millisinin Dünya Çempionatı üçün heyətinə daxil edilməməsi ilə bağlı səssizliyini pozub.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bu qərardan dolayı böyük şok və məyusluq yaşadığını gizlətməyib.

​Maquayr sosial şəbəkə hesabında etdiyi paylaşımda bu sözləri qeyd edib:

"Keçirdiyim mövsümdən sonra bu yay ölkəm üçün mühüm rol oynaya biləcəyimə əmin idim. Bu qərar məni şoka saldı və dərindən üzdü. Futbolçulara uğurlar arzulayıram."

​Qeyd edək ki, Maquayr uğurlu mövsümə rəğmən millinin baş məşqçisinin yekun seçiminə daxil edilməyərək turnirdən kənarda qalıb.