Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Üç gün davam edən məşğələlərə təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov rəhbərlik ediblər.