Türkiyənin "Fənərbağça" klubu yay transfer pəncərəsi öncəsi ilin ən böyük transfer bombalarından birini partlatmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Liverpul" klubunun dünyaca məşhur ulduzu Məhəmməd Salah ilə rəsmi təmaslar qurub.
Karyerasına Avropada davam etmək istəyən misirli hücumçunun şərtləri də bəlli olub.
Əldə olunan məlumata görə, Salah "Fənərbağça" klubundan illik 20 milyon Avro maaş tələb edib.
Klub rəhbərliyinin bu astronomik tələb qarşısında necə addım atacağı və transfer prosesinə dair rəsmi danışıqların yaxın günlərdə tam olaraq netlik qazanacağı gözlənilir.



