2 qat olimpiya, 3 qat dünya və 7 qat Avropa çempionu olmuş rusiyalı fiqurlu konkisürən Yevgeni Plyuşenkonun oğlu Aleksandr Azərbaycan millisində çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "RIA Novosti Sport" məlumat yayıb. Fiqurlu konkisürən beynəlxalq arenada Azərbaycan bayrağı altında çıxış edəcək.
Mənbənin yaydığı məlumata görə, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (FFKR) bu gün keçirilən iclasında kiçik Plyuşenkonun başqa ölkəni təmsil etməsinə razılıq verib.
Qeyd edək ki, Aleksandr Plyuşenkonun 13 yaşı var. O, növbəti mövsümdən etibarən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edə biləcək. Bunun üçün Beynəlxalq Konkisürmə İttifaqından (ISU) ona bu hüququ verən xüsusi sənəd verilməlidir.
Ata Plyuşenko karyerası ərzində 4 dəfə olimpiya medalına yiyələnib ( 2 qızıl, 2 gümüş). Bundan əlavə o, 10 dəfə Rusiya çempionu olub.


