"Paris Sen-Jermen" klubunun ulduz hücumçusu Usman Dembele son çempionat oyununda yaşadığı zədə qorxusuna baxmayaraq, UEFA Çempionlar Liqasının finalında "Arsenal" klubuna qarşı keçiriləcək qarşılaşmada tam hazır olacağını bəyan edib.  

Offsideplus.az xəbər verir ki, ​fransalı futbolçu mətbuata verdiyi açıqlamada azarkeşlərin ürəyinə su səpərək bu sözləri deyib:

"Mən yaxşıyam və finala hazır olacağam... Buna heç bir şübhəm yoxdur."

​Qeyd edək ki, Dembelenin zədələnməsi Paris təmsilçisində ciddi narahatlıq yaratsa da, oyunçunun özü 30 mayda baş tutacaq tarixi finalda "Arsenal" klubuna qarşı meydana çıxa biləcəyinə 100% əmin olduğunu vurğulayıb.