Azərbaycanlı hakimlər UEFA Qadınlar Çempionlar Liqasında növbəti təyinatlarını alıblar.

Offsideplus.az xəbər verir ki, Fəridə Lütfəliyeva və Gülnurə Əkbərzadə turnirin I təsnifat mərhələsinin 5-ci qrup oyunlarında ədaləti qoruyacaqlar.

İyulun 22-də Slovakiyanın Miyava şəhərində keçiriləcək "Flora" (Estoniya) – "Mġar Yunayted" (Malta) matçında Lütfəliyeva baş hakim, Əkbərzadə isə yan hakim (hakim köməkçisi) kimi çalışacaq.

Fəridə Lütfəliyeva "Flora" – "Mgar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.