Basketbol üzrə U-20 Avropa çempionatına bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan bu gün 11-12-ci yerlər uğrunda Niderlandla qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın qalibi turniri 11-ci yerdə başa vuracaq.
U-20 Avropa çempionatı, B divizionu
11-12-ci yerlər uğrunda görüş
22:00 Azərbaycan - Niderland


