Bu gün Bakıda basketbol 3x3 üzrə Qadınlar Dünya Seriyasının növbəti mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi SOCAR" 1/4 finalda Sloveniya millisi ilə üz-üzə gəlib.
Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Neftçi SOCAR üçün Dünya Seriyasının Bakı mərhələsində mübarizə yekunləşib.
Qeyd edək ki, Bakı klubu qrup mərhələsində Praqanı məğlub edib, Litva yığmasına məğlub olmuşdu.


