"Ferrari"nin pilotu Lyuis Hemilton Belçika Qran-prisinin startı öncəsi təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli sürücü fərqli amillərin yarışın gedişatına təsir edəcəyini vurğulayıb:

"Bu məkanı çox sevirəm, burada möhtəşəm azarkeşlər var və bu gün çoxlu imkanlarımız olacaq. Kimi Antonellini qabaqlamaq çətin olacaq, lakin ümid edirəm ki, külək sayəsində yaxşı şanslar yaxalayacağıq.

Uşaq vaxtı Mixael Şumaxerin çıxış etdiyi dönəmlərdə Spadakı yarışları necə izlədiyimi xatırlayıram. 2005-ci ildə isə "Formula 3" mərhələsi çərçivəsində burada yarışmaq imkanım oldu. Heç nə bu treklə müqayisə oluna bilməz. Bura sadəcə möhtəşəmdir. Uinfend ərzində burada daha çox sessiyanın keçirilməsini istərdim".