Kişi basketbolçulardan ibarət Azərbaycanın U-20 millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B Divizionunda növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız 9-12-ci yerlər uğrunda qarşılaşmada Bosniya və Herseqovina komandası ilə üz-üzə gəlib.

Matç rəqib komandanın 60:53 hesablı qələbəsi ilə başa çatıb.

U-20 Avropa çempionatı, B divizionu

23:00 AZƏRBAYCAN U-20 – Bosniya və Herseqovina U-20 53:60 (14:15, 14:15, 9:10, 16:20)

Yığmamız sabah Niderland millisi ilə üz-üzə gələcək. Bu görüşdə qalib gələn komanda Avropa çempionatını 11-ci yerdə bitirəcək.