Konfrans Liqasında “Torpedo”nh mübarizədən kənarlaşdıran “Zirə”nin 2-ci mərhələdəki rəqibi “Paide”dir. 

“Paide” Estoniyanın ən tanınmış klublarındandır. 2004-cü ildə yaranan klub 2009-cu ildən elit liqada çıxış edir. Ölkə çempionu olmasalar da, 2021/22 mövsümündə kubokun, 23-cü ildə isə Estoniya Super Kubokunun qalibi olub. 

Kollektiv 1-ci təsnifat mərhələsində Litvanın “Haqelman” komandasını iki oyunun nəticəsinə görə 4:1 məğlub etdi. 

Estoniya çempionatı hazırda davam edir və “Paide” 19 oyundan sonra 32 xalla dördüncüdür. 

“Paide”nin 3.65 milyon “transfermarkt” dəyəri var. Ən bahalı futbolçuları isə qapıçılarıdır. Ebrima Jarju - 300 min.

Cütün favoriti “Zirə” olsa da, hava amili və qarşı cəbhədə çempionatın davam etməsi şansları balanslaşdırır.