Mahir Emreli "Rakuv"a transfer olub.

Offsideplus.az xəbər verir ki, milli komandamızın üzvü Polşanın "Rakuv" klubuna keçib. 

600 min avro "transfermarkt" dəyəri olan Emreli ötən mövsümü daha Bundesliqa-2 təmsilçisi "Kayzeslautern"də keçirib. 

Bu, Mahirin birinci Polşa klubu deyil. Legioner karyerasına da bu ölkədə - "Legia"da başlayıb.

Qeyd edək ki, "Rakuv" ötən mövsümü 4-cü pillədə bitirib.