UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - ÇSKA (Sofia, Bolqarıstan) oyununun biletləri sabahdan satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manat qiymətindədir.
Qeyd edək ki, “Qarabağ” - ÇSKA görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.


