İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske DÇ-2026-nın final oyunu öncəsi "La Roxa"ya xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, "El Pais" qəzetinə müsahibə verən 75 yaşlı mütəxəssis İspaniyanı Argentina qarşısında diqqətli olmağa çağırıb. 2010-cu ildə İspaniya ilə dünya çempionu olan mütəxəssis rəqibi belə xarakterizə edib:
"Argentina çox çətin və tab gətirilməsi qəliz bir rəqibdir. Onlar meydanda nə etməli olduqlarını dəqiq bilirlər. İngiltərə üzərindəki geri dönüşləri də keyfiyyətlərinin sübutudur. Finalda İspaniyanı favorit görsəm də, argentinalıların təcrübəsindən ehtiyat etmək lazımdır".
Bununla belə, del Boske İspaniya millisinin turnirdəki çıxışını yüksək qiymətləndirərək kuboku qazanacaqlarına inandığını bildirib:
"Komandamız turnir boyu oyuna tam nəzarət etdi, meydanda əminlik və özünəinam nümayiş etdirdi".
Qeyd edək ki, İspaniya və Argentina arasındakı final matçı bazar günü, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


