Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA tərəfindən növbəti dəfə məsul oyuna təyin edilib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaq "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 22-də Serbiya təmsilçisinin ev sahibliyi etdiyi Pançevo şəhərindəki "Mladost" stadionunda keçiriləcək.


