"Zirə" Konfrans Liqasında növbəti oyununu bu gün keçirəcək.

Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisi Gürcüstanda "Torpedo"nun qonağı olacaq.

Qarşılaşma Kutaisidəki "Şengeliya Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qarşılaşçanın baş hakimi macarıstanlı FIFA referisi Mihali Kapray olacaq.

Xatırladaq ki, Sumqayıtdakı ilk oyunda "Zirə" rəqibini üç cavabsız qolla məğlub edib.