DÇ-2026-nın yarımfinalında Argentinaya (1:2) məğlub olan İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Fransaya qarşı 3-cü yer uğrunda oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının yeni səviyyəyə yüksəlməli olduğunu bildirib:
"Bu, mənim və futbolçuların ağrısıdır, bizim çapığımızdır. Çox ağrılı məğlubiyyətdir və biz bununla yaşamağa məcburuq - tənqidçilər, ekspertlər yox, məhz biz. Lakin bunun öhdəsindən gələcək və dərs çıxaracağıq.
Hələ də hesab edirəm ki, Fransa, İspaniya və Argentina kimi komandalarla aramızda fərq var və biz hələ o səviyyədə deyilik. Bu fərq digər ölkələrin qazandığı titullardan və illərdir qurduqları sistemdən qaynaqlanır. Sabahdan etibarən bu boşluğu doldurmaq üçün çalışacağıq. Təzyiq altında daha yaxşı oynamalı və yeni səviyyəyə yüksəlməliyik.
İşləməyə davam edəcəyik, dramatikləşdirməyə ehtiyac yoxdur. Əgər kimisə günahlandırmaq lazımdırsa - buyurun, edin. Amma mən bu müzakirələrə qoşulmaq istəmirəm".


