Bu gün Bakıda 3X3 basketbol üzrə Qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsinə start verilir.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycan millisi və "Neftçi SOCAR" mübarizə aparacaq.

Millimiz yarışa təsnifat mərhələsindən başlayacaq və B qrupunda Benin və Braziliya yığmaları ilə qarşılaşacaq.

10:25 Azərbaycan – Benin

12:05 Azərbaycan – Braziliya

Bu təsnifat qrupunun qalibi əsas mərhələyə yüksələcək və D qrupunda İspaniya və Avstriya yığmalarına rəqib olacaq.

Öz növbəsində "Neftçi SOCAR" birbaşa əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə qüvvəsini sınayacaq.

16:15 "Neftçi SOCAR" – "Praqa"

18:05 "Neftçi SOCAR" – Litva

Qeyd edək ki, qruplarında ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Qrup oyunları iyulun 18-də, pley-off matçları isə iyulun 19-da keçiriləcək.