UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “KuPS” (Finlandiya) oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, komandaların media proqramı iyulun 20-də baş tutacaq. Proqramın təqvimi aşağıdakı kimidir:

“KuPS” (Finlandiya):

17:00 – Baş məşqçinin mətbuat konfransı (“Bank Respublika Arena”)

18:00 – İlk 15 dəqiqəsi media üçün açıq olan məşq (“Bank Respublika Arena”)

“Sabah”:

17:30 – Baş məşqçinin mətbuat konfransı (Şüvəlan, Ağır Atletika Akademiyasının zalı)

18:15 – İlk 15 dəqiqəsi media üçün açıq olan məşq (“Sabah” Futbol Mərkəzi)

Qeyd edək ki, “Sabah” – “KuPS” qarşılaşması iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.