“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gələcək.

Belarus təmsilçisi ilk oyunda 0:1 hesabı ilə məğlub olduğu Şimali Makedoniyanın “Sileks” komandasını cavab görüşündə səfərdə 1:0 hesabı ilə məğlub edib. Penaltilər seriyasında isə “Dinamo” 6:5 hesabı ilə üstün olub və növbəti mərhələyə yüksəlib.

“Neftçi” ilk oyununu iyulun 22-də Bakıda keçirəcək.