Transfer bazarında və idman mətbuatında böyük əks-səda doğuran daha bir mühüm xəbər gəlib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in transfer planı baş tutmadı.

Belə ki, fransalı ulduz hücumçu Mikel Olise klub daxilində "Bavariya"da qalmaq istədiyini rəsmən rəhbərliyə çatdırıb.

Olisenin Münxendə xoşbəxt olduğunu və komandada qalmaq niyyətini bildirməsi "Bavariya" rəhbərliyini də hərəkətə keçirib. Klub rəsmiləri gənc ulduzun bu sadiqliyinə və nümayiş etdirdiyi əla performansa cavab olaraq ona maaşı artırılmış yeni bir müqavilə təklif etməyi planlaşdırır.