Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq "LANDAU LIONS" uğursuz nəticə ilə üzləşəcəyi təqdirdə yolunu FIBA Avropa Kubokunun qrup mərhələsində davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən püşkün nəticəsinə əsasən təmsilçimiz G qrupunda yer alıb.
"Prievidza" - "Samobor" cütünün qalibi, "Lions de Geneve", "Benfica", "Bakken Bears Aarhus", "Yukatel Denizli Basket" "LANDAU LIONS"un potensial rəqibləridir.


