İngiltərə seçməsinin kapitanı Harri Keyn yığmanın heyətində növbəti rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı matçda meydana çıxmaqla İngiltərə millisində 121-ci oyununu keçirib.
O, millidə ən çox oyun keçirən ikinci futbolçu statusuna yiyələnib - Ueyn Runini geridə qoyub.
Qeyd edək ki, rekord Pilter Şiltona aiddir - 125 matç.


