Azərbaycanın U-20 milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda bu gün növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, yığmamız qrup mərhələsində son oyununu keçirəcək.
Rəqib Şimali Makedoniyadır. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
EuroBasket, B divizionu, qrup mərhələsi 5-ci tur
23:00 Azərbaycan U-20 - Şimali Makedoniya U-20
A qrupundakı vəziyyət belədir:
1. İsveç - 8 xal,
2. İrlandiya - 5 xal,
3-4. Şimali Makedoniya, Azərbaycan - 4 xal,
5. Slovakiya - 3 xal.


