"Şamaxı" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. 

Offisdeplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda İsraildən olan yarımmüdafiəçi Teşager Dequnu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dequnun son iş yeri ölkəsinin "İroni" (Modin) klubu olub.