"Fiorentina" və Argentina millisinin əfsanəvi keçmiş hücumçusu Qabriel Batistuta hazırda davam edən dünya çempionatında nümayiş etdirdiyi oyunla ən çox bəyəndiyi 3 komandanın adını çəkib.
Offsideplus.az xəbər verir ki, veteran hücumçu Fransa – İspaniya (0:2) yarımfinal oyunundan öncə verdiyi müsahibədə fərqləndirdiyi milliləri belə sıralayıb:
"Ən çox bəyəndiyim komanda Fransadır, onlar hər kəsdən üstündür. Oyun fəlsəfəsinə görə Kabo-Verde və bir də İspaniya xoşuma gəldi. İspanlar yaxşı oynasalar da, hücumda bir qədər kəskinlikləri çatmır. Təbii ki, bura Argentinanı da əlavə edirəm. Amma Argentinanın hələ öz oyun səviyyəsinə çatması üçün zamana ehtiyacı var. Ümumilikdə isə mənə ən çox zövq verən məhz bu komandalar oldu".


