Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin gücünü etiraf edərək öz komandasının zəif çıxış etdiyini bildirib:

"Aydındır ki, bu İspaniya millisi çox güclüdür və bu gün bunu sübut etdilər. Biz isə öz səviyyəmizdən bir qədər aşağı çıxış etdik, əvvəlki oyunlara nisbətən daha çox texniki səhvlərə yol verdik. Fiziki cəhətdən də rəqibdən bir addım geridə qaldıq.

İspaniyanın keyfiyyətinə bələd idik və mərhələni keçmək üçün ən yaxşı oyunumuzu nümayiş etdirməli idik, lakin bunu bacarmadıq. Rəqib ötürmə xətlərini çox yaxşı bağlayırdı və hücumlarımızın qarşısını kəsirdi. Hücumda və texniki tərəfdən öz oyunumuzu göstərə bilməməyimiz həm bizim səhvimizdir, həm də İspaniyanın buna imkan verməmək bacarığının nəticəsidir".