İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransaya qalib gələrək (2:0) adını finala yazdırıb.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşma həm də dünya futbolunun iki ulduzu – Lamin Yamal və Kilian Mbappe arasındakı növbəti prinsipial duel ilə yadda qalıb.
Sözügedən matçdan sonra maraqlı bir statistika diqqət çəkib.
Belə ki, İspaniya yığmasının və "Barselona"nın gənc vingeri Lamin Yamal, "üçrənglilər"in və "Real Madrid"in hücumçusu Kilian Mbappe ilə həm klub, həm də milli səviyyəsində qarşılaşdığı 11 oyunun 9-da meydanı qalib tərəf kimi tərk edib.


