Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu komandasının zəif oyun nümayiş etdirdiyini və məğlubiyyətə layiq olduqlarını etiraf edib:
"Oyun nə taktik, nə texniki, nə də səviyyə baxımından istədiyimiz kimi alınmadı. Dünya çempionatının yarımfinalında etməli olduğun şeyləri etməsən, qazana bilməzsən.
Planımız rəqibə yüksək pressinq tətbiq etmək və onların oyun ritmini pozmaq idi, lakin bunu bacarmadıq. Meydanda həddindən artıq texniki səhvlərə yol verdik və İspaniyanın oyuna diktə etməsinə imkan verdik. Pressinqdəki anlaşılmazlıq ucbatından mərkəzdə rəqibə qarşı azlıqda qalırdıq, Fabian Ruislə Rodriyə çox sərbəstlik verdik. Hətta topu qazananda belə, ilk ötürmələrimiz və ilk toxunuşlarımız yarımfinal səviyyəsinə uyğun deyildi.
Hamı kimi mən də çox məyusam. Finala yüksəlib ölkəmizə bu sevinci yaşatmaq, tarix yazmaq istəyirdik. İndi isə başımızı dik tutub bu məğlubiyyəti qəbul etməliyik. Bir qədər istirahət edib qarşıya baxmalıyıq, çünki futbol heç kimi gözləmir".


