İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlmələrini şərh edib.
Offsideplus.az xəbər verir ki, o, komandasının oyunundan razılığını ifadə edərək 2010-cu ilin çempionluq ruhunu geri qaytardıqlarını bildirib:
"Oyundan əvvəl futbolçularıma dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağımızı, lakin onların da dünyanın ən yaxşısına qarşı mübarizə aparacağını söyləmişdim. Bu komandada eqo yoxdur, hamı ortaq hədəf üçün çalışır. Hazırda 2010-cu ilin ruhunu yenidən bərpa etmişik.
Bu komanda məni təəccübləndirməkdən yorulmur, inkişaf potensialımız sonsuzdur. Final matçları qazanmaq üçün deyil, ondan həzz almaq üçündür. Qarşıda bizi gözləyən oyun bu işin zirvəsi ola bilər".


