ABŞ-nin "Şarlott" klubu transfer bazarında böyük səs-küyə səbəb olacaq bir addım atıb.
Offsideplus.az xəbər verir ki, Şimali Karolina təmsilçisi karyerası ərzində "Nyukasl Yunayted", "Nitsa" və son olaraq "Əl-Əhli" kimi klublarda çıxış etmiş 29 yaşlı fransalı ulduz vinger Allan Sen-Maksimeni azad agent kimi heyətinə qatıb.
Baş məşqçi Din Smitin rəhbərlik etdiyi komanda bu transferlə MLS-də pley-off iddialarını gücləndirmək və hücum xəttinə yaradıcılıq gətirmək niyyətindədir.
Karyerasında yeni bir səhifə açan fransalı oyunçunun tezliklə ABŞ-yə yollanaraq rəsmi tibbi müayinədən keçəcəyi və yeni azarkeşləri önündə təqdim olunacağı gözlənilir.


