Avropa futbolunda böyük bir siyasi hərəkat başlayıb.
Offsideplus.az xəbər verir ki, UEFA-ya daxil olan milli assosiasiyaların əksəriyyəti növbəti FİFA prezidenti seçkilərində hazırkı rəhbər Canni İnfantinoya qarşı çıxacaq istənilən namizədi dəstəkləmək barədə ortaq qərar qəbul ediblər.
Bu qərarın arxasında UEFA ilə FİFA arasında uzun müddətdir davam edən və son dövrlərdə daha da dərinləşən fikir ayrılıqları dayanır:
-
Təqvim və turnir sıxlığı: FİFA-nın klublararası Dünya Çempionatının formatını genişləndirməsi və beynəlxalq oyun təqvimini həddindən artıq yükləməsi UEFA və Avropa klublarının kəskin etirazına səbəb olub.
-
Qaydaların pozulması və təkbaşna qərarlar: Son Dünya Çempionatında fasilə müddətinin şou xatirinə 30 dəqiqəyə qaldırılması kimi qərarlar, eləcə də futbolun daxili qaydalarına edilən kənar müdaxilələr Avropa futbol qurumları tərəfindən idmanın bütövlüyünə təhlükə kimi qiymətləndirilir.
-
Müxalifətin güclənməsi: UEFA üzvləri İnfantinonun futbolu həddindən artıq kommersiyalaşdırdığını və qitə konfederasiyalarının rəyini nəzərə almadığını bildirərək, dəyişikliyin vaxtının çatdığını müdafiə edirlər.
Bu koalisiya FİFA daxilindəki digər konfederasiyaları da öz tərəfinə çəkməyə çalışaraq İnfantinonun rəhbərliyinə son qoyacaq güclü bir alternativ namizəd ortaya çıxarmağı hədəfləyir.


