FİFA 2026-cı il Dünya Çempionatının möhtəşəm bağlanış mərasimində çıxış edəcək ulduzların adlarını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi tarixin ən böyük futbol turniri yaddaqalan şou ilə başa çatacaq.
Nyu-York/Nyu-Cersi stadionunda ("MetLife") baş tutacaq bağlanış mərasimində musiqi və şou-biznes dünyasının ən məşhur simaları bir araya gələcək. Səhnə alacaq sənətçilərin tam siyahısı aşağıdakı kimidir:
- Tom Kruz – Hollivud ulduzu mərasimdə xüsusi qonaq qismində çıxış edəcək.
- IShowSpeed – Dünya çempionatı oyunlarından etdiyi canlı yayımlarla tanınan məşhur strimer ilk dəfə bu cür böyük səhnədə yer alacaq.
- Robbi Uilyams – İngiltərəli pop ulduz növbəti dəfə futbol azarkeşlərini coşduracaq.
- Cennifer Hadson – Məşhur EGOT (Emmi, Qremmi, Oskar və Toni) mükafatçısı turnirin final matçından əvvəl ABŞ-nin dövlət himnini ifa edəcək.
- Nikol Şerzinger – "Pussycat Dolls" qrupunun keçmiş üzvü öz xüsusi şousunu nümayiş etdirəcək.
- Laura Pauzini – İtaliyalı məşhur müğənni mərasimə fərqli rəng qatacaq.
Möhtəşəm bağlanış mərasimi 19 iyul, bazar günü, Bakı vaxtı ilə saat 21:30-da (yerli vaxtla 13:30) final qarşılaşmasından 90 dəqiqə əvvəl başlayacaq.



