Hazırda Azərbaycan basketbolunda diqqətlər U20 milli komandalarımız üzərindədir.
Qızlar və oğlanlarımız U20 Avropa çempionatlarının B divizionunda çıxış edir. U-20 qızlardan ibarət Azərbaycan millisi debüt etdiyi turnirdə B Divizionunu 3 qələbə ilə 11-ci yerdə başa vurub. Nəticələr aşağıdakı kimidir:
Azərbaycan 56-63 İsveçrə (7:17, 16:19, 13:17, 20:10)
Azərbaycan 64-50 Rumıniya (16:9, 18:13, 12:10, 18:18)
Azərbaycan 75-71 Bosniya və Herseqovina (34:11, 19:21, 14:24, 8:15)
Azərbaycan 58-79 Ukrayna (17:21, 14:21, 13:16, 14:21)
Yunanıstan 79-63 Azərbaycan (26:18, 12:11, 28:16, 13:18)
Azərbaycan 88-60 Albaniya (22:15, 25:10, 14:19, 27:16)
İrlandiya 93:81 Azərbaycan (23:20, 24:19, 24:19, 22:23)
U-20 oğlanlardan ibarət milli komandamız isə mübarizəyə başladığı Avropa çempionatının B divizionunun A qrupunda mübarizəyə davam edir. Oğlanlar 1 qələbə qazanıb, qrupda daha 2 oyun keçirəcək.
15 iyul: Azərbaycan - Şimali Makedoniya
14 iyul: İrlandiya - Azərbaycan
Azərbaycan 72-66 Slovakiya (13:9, 20:27, 17:16, 22:14)
İsveç 85-58 Azərbaycan (21:10, 18:14, 17:15, 29:19)
10 ildən artıq müddətdə basketbolda durğunluq yaşayan və yalnız son 4 ildə bərpa edilən ölkə basketbolunun siması olan milli komandalara baxanda yol uzun, yük ağır görünür. Lakin gələcəyimiz parket üzərindədir və yolun sonunda işıq olduğu gün kimi aydındır...


