Fransa və dünya futbolunun canlı əfsanəsi Zinəddin Zidan "Fransa" millisinin hazırkı sistemdə sərgilədiyi oyunu böyük rəğbətlə qarşılayıb.

Offsideplus.az xəbər verir ki, ​təcrübəli mütəxəssisin "Mavilər"in oyun üslubundakı transformasiyadan olduqca məmnun qaldığı bildirilir. Belə ki, komandanın hazırkı performansı Zidanın öz futbol fəlsəfəsi ilə tamamilə üst-üstə düşür. Əfsanəvi fransalı hər zaman komandanı əsl "10 nömrə" mövqeyindəki oyunçu ətrafında qurmağı xəyal edirdi.

​Zidan, eyni zamanda, Maykl Olisin istedadının böyük heyranıdır və gənc yarımmüdafiəçinin hücumçu Kilian Mbappe ilə meydandakı texniki ortaqlığını, bir-birini mükəmməl şəkildə tamamlamasını yüksək qiymətləndirir.