“Hələki bir yenilik yoxdur”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev deyib. 

36 yaşlı idmançı gələcək planları haqqında danışıb: “Hazırda müəyyən danışıqlar gedir. Mən də gözləyirəm. 

Karyeranı bitirmək üçün hələ çox tez olduğunu düşünürəm. Açığı, məşqçilik də mənə çətin gəlir. Ancaq nə olur olsun basketbolda qalıb gələcəkdə də faydalı olmaq istəyirəm”.

“Neftçi”dən ayrılığı haqqında isə Həmzəyev bunları deyib: “Maddi mövzuda anlaşa bilmədik”.

Qeyd edək ki, Amil Həmzəyev bir neçə gün öncə "Neftçi" klubundan ayrılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım etmişdi.